ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

1 İyul 2024 23:40 (UTC+04:00)

ABŞ-da bir ailənin 5 üzvü kiçik təyyarə qəzasında həlak olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə Nyu-York ştatının dağlıq ərazisində baş verib. Corciya ştatından olan ailənin kiçik təyyarəsi Koperstaun şəhərində keçirilən beysbol oyunundan geriyə qayıdarkən qəzaya uğrayıb. Həlak olanlardan ikisi azyaşlıdır. Qəzanın baş vermə səbəbləri araşdırılır.