Nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

1 İyul 2024 16:24 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb. SİA AMB-yə istinadla xəbər verir ki, iyulun 3-nə qədər davam edəcək səfər zamanı nümayəndə heyətinin Düşənbə şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirakı nəzərə tutulub.