Beril qasırğası Karib hövzəsinə yaxınlaşdı

1 İyul 2024 15:39 (UTC+04:00)

ABŞ Milli Qasırğa Mərkəzi Atlantik okeanında 4-cü kateqoriyada olan Beril qasırğasının Karib hövzəsinə doğru getdiyini və 4-cü səviyyəli qasırğa xəbərdarlığının verildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi dünən verdiyi açıqlamada Beril qasırğasının Barbadosdan 565 kilometr şərq-cənub-şərqdə yerləşdiyini və küləyin sürətinin saatda 209 kilometr olduğunu bildirib.

Açıqlamada, həmçinin qasırğanın Karib dənizi üzərindən hərəkət etdiyi və təsirinin həftə ərzində davam edə biləcəyi də vurğulanıb.