TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin vaxtı açıqlanıb

1 İyul 2024 15:23 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin dəqiq tarixi açıqlanıb. SİA bu barədə TDT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə sammit keçiriləcək.