Azərbaycan millisinin seçmə mərhələnin oyunları üçün heyəti bəlli olub

1 İyul 2024 13:22 (UTC+04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 24 futbolçu dəvət olunub. Komanda bu gündən iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək. İyulun 8-də tarixində matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq.

Toplanışa dəvət olunan futbolçuların siyahısı

1.Aytac Şərifova – “Trabzonspor”, (Türkiyə)

2.Nərgiz Əliyeva - “KDZ Eregli Spor”, (Türkiyə)

3. Günay İsmayılova – “Neftçi”

4. Mehriban Şahməmmədova – “Neftçi”

5. Nigar Mirzəliyeva - “Zenit”, (Rusiya)

6. Nərgiz Hacıyeva – “Aktobe”, (Qazaxıstan)

7. Manə Mollayeva - “Neftçi”

8. Ayşən Əhmədova – “Krılya Sovetov”, (Rusiya)

9. Alina Dorofeyeva – “Yenisey”, (Rusiya)

10. Diana Məmmədova – “Yenisey”, (Rusiya)

11. Fidan Cəfərova - “Baku Juniors”

12. Vüsalə Hacıyeva “Amedspor”, (Türkiyə)

13. Kamilla Məmmədova - “Okjetpes” (Qazaxıstan)

14. Firəngiz Teymurova - “Neftçi”

15. Jalə Məhsimova - “Bəylərbəyi Spor”, (Türkiyə)

16.Yeliz Acar – “Fatih Vətən”, (Türkiyə)

17. Peritan Bozdağ – “Fatih Vətən”, (Türkiyə)

18. Esra Manya – “Beşiktaş”, (Türkiyə)

19. Kristina Bakarandze – “Qalatasaray”, (Türkiyə)

20. Coşqunə Əliyeva –“Neftçi”

21. Sevinc Cəfərzadə - “Eastern Fleyms”, (Səudiyyə Ərəbistanı)

22. Milana Rəhimova – “Neftçi”

23. Nazlıcan Parlak - “Qalatasaray”, (Türkiyə)

24. Vüsalə Seyfəddinova –“ Olimpiada Imittou”, (Yunanıstan)

Qeyd edək ki, Azərbaycan millisi iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.