1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

1 İyul 2024 12:51 (UTC+04:00)

Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsinin ərazisində 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Nəticədə sözügedən ərazidə yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.