Lamin Yamal Ronaldonun uğurunu təkrarladı

1 İyul 2024 12:47 (UTC+04:00)

İspaniya millisinin hücumçusu Lamin Yamal Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun uğurunu təkrarlayıb. SİA xəbər verir ki, o, buna ötən gecə AÇ-2024-ün 1/8 finalında Gürcüstanla görüşdə qol ötürməsi verməklə nail olub.

Nəticədə 16 yaşlı forvard Ronaldodan sonra Avropa çempionatının pley-off mərhələsində qol ötürməsi edən ən gənc futbolçu olub.

Onun komandası turnirin 1/4 finalında Almaniya millisi ilə qarşılaşacaq.