Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb

1 İyul 2024 12:37 (UTC+04:00)

Azərbaycan Boks Federasiyasının (ABF) 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb. Qurumdan SİA-ya verilən məlumata görə, loqoda sonsuzluq işarəsi, ölkəmizdə boksun yüksələn xətlə inkişafı və gələcək uğurların qarşıda olması öz əksini tapıb.

Bir neçə variantda hazırlanan loqoda rənglər də öz ahəngliyini qoruyub. Əsas istifadə olunacaq qızılı rəng isə qələbələrimizi tərənnüm edir.