Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

1 İyul 2024 09:45 (UTC+04:00)

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Səfər Səfərovdan kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, həyata keçirilən digər əməliyyat tədbirləri ilə saxlanılan Kamran Abdulovdan isə qanunsuz saxladığı 1 ədəd tüfəng və 15 ədəd patron aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.