Bakı-Astara magistralında “Tır” yanır

30 İyun 2024 22:50 (UTC+04:00)

Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin olaraq magistraldakı yanğının yük avtomobilində (“Tır”) baş verdiyi deyilir.

Hazırda yanğından mühafizə bölməsinin əməkdaşları yanğına qarşı mübarizə aparırlar.

Faktla bağlı araşdırma aparılır.