Tərtərdə minik avtomobili yandı

30 İyun 2024 13:04 (UTC+04:00)

Tərtər rayonunun Hacıqərvənd kəndində ümumi sahəsi 175 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altında dayanan "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.