Türkiyənin İzmir vilayətində 16 yanğın hadisəsi baş verib

30 İyun 2024 10:04 (UTC+04:00)

Bu gün Türkiyənin İzmir vilayətinin müxtəlif rayonlarında 8-i meşə, 8-i kənd yerlərində olmaqla ümumilikdə 16 yanğın hadisəsi baş verib. SİA xəbər verir ki, baş vermiş yanğınlardan 11-ini söndürmək mümkün olsa da qalan 5 bölgədə hələ də yanğınla mübarizə aparılır.

Yanğınlara 11 təyyarə, 27 vertolyot, 171 su daşıyan maşın və tikinti texnikası, həmçinin 972 canlı qüvvə cəlb olunub. Çeşmə, Menderes, Menemen, Səlcuq və Torbalı rayonlarında davam edən yanğınların söndürülməsi üçün işlər davam edir.