Şahzadə Diananın kolleksiyası 5 milyon dollara satıldı - FOTOLAR

30 İyun 2024 08:40 (UTC+04:00)

1997-ci ildə dünyasını dəyişən şahzadə Diananın geyim və məktub kolleksiyası satışa çıxarılıb. SİA xəəbər verir ki, "Şahzadə Diananın zərifliyi və kral kolleksiyası" adlı hərracda Diananın kolleksiyası Kaliforniyada təşkil edilən hərracda 5 milyon dollara satılıb. 200-dən çox əşyanın yer aldığı kolleksiyada 1987-ci ildə İngiltərə və Almaniyada geyindiyi, ingilis dizayner Viktor Edelşteyn tərəfindən hazırlanan ipək və krujevalı paltar 910 min dollara satılıb. Bu qiymət paltar üçün tələb olunan qiymətdən düz 4,5 dəfə bahadır.