Astarada güllələnmə olub, bir nəfər ölüb

29 İyun 2024 23:57 (UTC+04:00)

Astara rayonunda güllələnmə nəticəsində bir nəfər ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Astara rayon Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib. Sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsinə atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.