Zakir Həsənovun Macarıstanın Milli Assambleyasının sədr müavini ilə görüşü olub

29 İyun 2024 13:18 (UTC+04:00)

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə ölkələr arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər, həmçinin iki ölkə arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.