Yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb

29 İyun 2024 11:02 (UTC+04:00)

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.