Teymur Rəcəbov “Şahmat ulduzları”nda ikinci pilləyə yüksəldi

29 İyun 2024 09:14 (UTC+04:00)

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada "Şahmat ulduzları" turnirində iştirak edir. SİA xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.

Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterina Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.