17 yaşlı gənc yol qəzasında xəsarət alıb

29 İyun 2024 09:02 (UTC+04:00)

Bakıda 17 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol qəzası olub. SİA xəbər verir ki, Xətai rayonunda iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.