İranda seçki qutularını daşıyan avtomobilə hücum olub - ölən və xəsarət alanlar var

29 İyun 2024 08:17 (UTC+04:00)

Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar. SİA İran mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin iki işçisi həlak olub, 5 nəfər yaralanıb. Hücuma baxmayaraq, bülletenlər səslərin sayıldığı vilayət qubernatorluğuna aparılıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.