ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

29 İyun 2024 07:19 (UTC+04:00)

ABŞ ordusu “Lockheed Martin” şirkətinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 870 raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə Amerika silahlı qüvvələrinin bəyanatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, müqavilə 870 PAC-3 MSE raketlərinin və müvafiq avadanlıqların alınmasını nəzərdə tutur.

Bəyanatda iddia edilir ki, PAC-3 MSE raketləri taktiki, qanadlı, hipersəs raketləri və təyyarələr daxil olmaqla təhlükələrə qarşı dura bilər. Müqavilə müddəti 2027-ci il 30 iyuna qədərdir.