İraqda PKK-nın iki üzvü məhv edildi

29 İyun 2024 04:30 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat bölgəsində PKK terror təşkilatının iki üzvünü məhv edib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəsi aramsız davam edir. Öldürülən terrorçuların adları hələlik açıqlanmayıb.