Ən güclü maqnit qasırğası Yer kürəsini bürüdü

28 İyun 2024 20:56 (UTC+04:00)

Güclü maqnit qasırğası Yerə çatıb. Alimlər cümə günü planetin maqnit sahəsində pozulma qeydə aldılar.

SİA xəbər verir ki, Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi mərkəzindən TASS-a verilən məlumata görə, hazırda Yerin maqnit sahəsində pozulma dərəcəsi G4 səviyyəsinə çatıb.

Bu, beşlik miqyasda "çox güclü" deməkdir, G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.

2005-ci ildən bəri ən güclü maqnit qasırğası da bu il qeydə alınıb.

Belə ki, mayın 11-nə keçən gecə sahənin pozulması həddindən artıq güc səviyyəsinə çatıb - G5.

Əli Babayev