Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda

28 İyun 2024 17:25 (UTC+04:00)

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb. SİA xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində Litvanın “Panevejis” və Finlandiyanın HİK klubları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 9-da oynanılacaq.