İraqda PKK-nın iki üzvü məhv edilib

28 İyun 2024 16:13 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat bölgəsində PKK terror təşkilatının iki üzvünü öldürüb. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəsi aramsız davam edir.

Öldürülən terrorçuların adları hələ ki, açıqlanmayıb.