Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb

28 İyun 2024 15:17 (UTC+04:00)

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. SİA xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Tikveş" və İslandiyanın "Breydablik" komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

A.Xudiyev “Todor Proeski Milli Arena”sında oynanılacaq matçda Lüksemburqdan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, görüş iyulun 11-də keçiriləcək.