"Azərbaycanda müxtəlif dinlər birdir, bərabərhüquqludur" - Siyavuş Novruzov

28 İyun 2024 12:02 (UTC+04:00)

"Hesab edirəm ki, dini, həssas məsələlərə cidi yanaşılsın". SİA xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlər birdir, bərabərhüquqludur: "Biz çalışmalıyıq ki, bu tolerantlığı daha da inkişaf etdirək. Hansısa dini xəttin adından istifadə etməsinlər. Bu məsləyə həssas yanaşsınlar".