"Biz təhsil səfərbərliyinə başlamalıyıq" - Fazil Mustafa

28 İyun 2024 11:24 (UTC+04:00)

"Biz dünya tarixində hərbi səfərbərliyin nə qədər kritik məsələləri həll etdiyini görmüşük". SİA xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, biz nə qədər optimist çıxış etsək də, deyə bilərəm ki, təhsilimizin vəziyyəti görülür: "Sertifikasiya baş versə də, sanki ən zəif bənd müəllimlərdir. Sertifikasiya imtahanlarının özündə də qeyri-müəyyənliklər var. Burada da dəyişiklik olmalıdır. Universitet rektordan başladığı kimi, məktəb də direktordan başlayır. Direktor məktəbi necə toparlasın? Biz təhsil səfərbərliyinə başlamalıyıq".