Avro-2024-ün ən yaxşı komandaları açıqlandı

28 İyun 2024 10:18 (UTC+04:00)

“The Guardian” qəzeti Avro-2024-ün qrup mərhələsinin nəticələrinə əsasən komandaların reytinq cədvəlini hazırlayı“The Guardian” qəzeti Avro-2024-ün qrup mərhələsinin nəticələrinə əsasən komandaların reytinq cədvəlini hazırlayıb. SİA xəbər verir ki, siyahıya İspaniya yığması başçılıq edir. Almaniya ikinci, Avstriya üçüncüdür.

"İlk onluq"da Fransa, Portuqaliya, İsveçrə, Gürcüstan, Türkiyə, İngiltərə və Belçika qərarlaşıb.

İtaliya, Niderland, Danimarka, Rumıniya, Slovakiya, Sloveniya, Ukrayna, Xorvatiya, Albaniya, Macarıstan, Çexiya, Polşa, Serbiya və Şotlandiya sonrakı sıraları tutub.