Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb

28 İyun 2024 08:18 (UTC+04:00)

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kq olan narkotik xassəli çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.