“Kəpəz”in yeni mövsüm üçün hazırlıq planı AÇIQLANDI

28 İyun 2024 05:17 (UTC+04:00)

Kəpəz”in yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib. SİA xəbər verir ki, “sarı-göylər” iyunun 29-dan məşqlərin əsas hissəsi üçün bir araya gələcəklər. Çalışmalar Gəncədə olacaq. Hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Bura fiziki və texniki-taktiki məşqlər daxildir. Yeni mövsümə hazırlıq dövründə komanda yoxlama oyunları da keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcək.