Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

28 İyun 2024 02:50 (UTC+04:00)

ABŞ-ın Cənubi Kaliforniya ştatının Lankaster şəhərində atışma baş verib. SİA-nın məlumatına görə, atışma zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Polis hadisənin silahlı qruplaşmalar arasında baş verdiyini ehtimal edir. Hadisə ilə bağlı hələlik heç kəs həbs olunmayıb və cinayət qurbanlarının şəxsiyyəti müəyyənləşdirilməyib.