İsrailin Kiyevə səkkiz “Patriot” hava hücumundan müdafiə sistemi verir?

28 İyun 2024 00:43 (UTC+04:00)

İsrailin səkkiz “Patriot” hava hücumundan müdafiə sisteminin Kiyevə mümkün tədarükü ilə bağlı ABŞ, İsrail və Ukrayna tərəfindən müzakirə edilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə məlumatlı mənbələr “The Financial Times” qəzetinə bildiriblər.

Nəşrin məlumatına görə, komplekslərin ilk olaraq İsrail tərəfindən ABŞ-a ötürülməsi planlaşdırılır.

Və Vaşinqton onları Kiyevə təhvil verəcək.

Mənbələr sövdələşmənin hələ yekunlaşmadığını qeyd edirlər. Vurğulanır ki, belə bir addım İsrailin Rusiya ilə münasibətlərinə yanaşmanın dəyişməsi deməkdir.

Əli Babayev