Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Komissiyanın bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati sərhədlərində dəyişiklik edilib: “MSK təmsilçilik baxımından bütün rayonların Azərbaycan Respublikası Parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır. Belə ki, 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adında qismən dəyişiklik edilməlidir”.