Arif Quliyevin xanımı vəfat etdi

27 İyun 2024 16:54 (UTC+04:00)

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib. SİA xəbər verir ki, G.Quliyeva bu gün dünyasını dəyişib.

Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:

“Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”.

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.