Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər - Emin Əmrullayev

27 İyun 2024 15:59 (UTC+04:00)

Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, hazırkı vəziyyətdə məktəb direktoru və müavinlərinin yüksək nəticə göstərən müəllimlərin arasından seçilməsi nəzərdə tutulur.