Nazir müəllimlərin vakant saatlarının bölünməsi məsələsinə aydınlıq gətirib

27 İyun 2024 15:32 (UTC+04:00)

Sertifikasiya imtahanının nəticəsinə əsasən işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür. Nazir qeyd edib ki, bunun nəticəsində müəssisə üzrə orta dərs yükü artır.