“İşdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur” - Emin Əmrullayev

27 İyun 2024 15:16 (UTC+04:00)

“Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

"Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır", - deyə nazir əlavə edib.