Ukrayna “Avropa yolu ilə getməyi” dayandırarsa...

27 İyun 2024 11:58 (UTC+04:00)

Ukrayna “Avropa yolu ilə getməyi” dayandırarsa, Avropa İttifaqı rəsmi Kiyevə yardımdan imtina etmək hüququnu özündə saxlayır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Reuters” agentliyi xəbər verir ki, bu barədə müvafiq bənd tərəflərin iyunun 27-də imzalanması nəzərdə tutulan saziş layihəsində yer alıb.

Aİ sənədi layihəsində deyilir ki, “Ukrayna Avropa yolunu tutduqca onun öhdəlikləri qüvvədə qalacaq".

Tərəflər müqavilənin imzalandığı tarixdən 10 il sonra öhdəliklərinə yenidən baxa bilər.