Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

27 İyun 2024 07:42 (UTC+04:00)

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Boliviya TV-də yayımlanan mətbuat konfransında ölkənin daxili işlər naziri Karlos del Kastilyo məlumat verib.

“Təəssüf ki, doqquz yaralı haqqında məlumatımız var. Digər xəstəxanalarda da qurbanların olub-olmadığını bilmirik”, - deyə nazir bildirib.