Ərəblər bu filmə milyonlar ayırırlar

27 İyun 2024 06:45 (UTC+04:00)

Səudiyyə Ərəbistanı rəsmisi Turki Əl-Şeyx UFC ilə əməkdaşlıq planını təqdim edib. SİA xəbər verir ki, onun sözlərinə görə, Səudiyyə Ərəbistanı promosyonla bağlı böyük büdcəli filmin çəkilişinə sponsorluq etməyə hazırdır.

Layihəni “Justice League”, “300 spartalı” və “Mühafizəçi” filmlərindəki işi ilə tanınan Zak Snayder idarə edə bilər.

“Biz UFC rəhbərliyi ilə Snayder arasında görüş keçirmək istəyirik. O mənim dostumdur. Biz UFC haqqında “Nokdaun” ruhunda böyük bir filmin çəkilişini müzakirə etmək istərdik. Mən Zakı razı salmağa çalışacağam. Bu ideya onun xoşuna gələcək”, – deyə rəsminin sözlərini “Bloody Elbow” nəşri sitat gətirib.