Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

27 İyun 2024 02:15 (UTC+04:00)

Belçikada bu ilin ən isti günü qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Belçikanın Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt Brüsseldə havanın temperaturu 29,5 dərəcə olub. Bəzi bölgələrdə hərarət 30 dərəcəni keçib.

Qeyd edək ki, ölkədə may ayında 23 gün yağışlı hava müşahidə edilib. Mayda günəşli günlər 140 saat olub.