Salyanda yol qəzası olub, xəsarət alanlar var

27 İyun 2024 00:52 (UTC+04:00)

Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, minik avtomobillərinin toqquşması ilə nəticələnən qəza Ələt-Astara avtomobil yolunda qeydə alınıb.

Hadisə zamanı xəsarət alan Şahzadə Göyçayeva, Fatimə Göyçayeva, Abuzər Göyçayev və Rəşad Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.