İran ABŞ-a tələb irəli sürüb

26 İyun 2024 23:05 (UTC+04:00)

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-dan Amerika qoşunlarını dərhal və tamamilə Suriyadan çıxarmağı tələb edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, BMT Təhlükəsizlik Şurasının Suriyadakı humanitar və siyasi vəziyyətlə bağlı iclasında deyib ki, Suriyada sülh və sabitlik üçün Amerika qoşunlarının Suriyadan tam, dərhal və qeyd-şərtsiz çıxarılması lazımdır.

İranlı rəsmiyə görə, amerikalılar Suriyada terrorizmlə mübarizə aparmaq əvəzinə neft oğurlamağa, Suriya xalqını soymağa və BMT tərəfindən terrorçu elan edilmiş qruplara, məsələn, Cəbhət ən-Nusra və Heyət Təhrir əş-Şama dəstək verməkdə davam edirlər.

Əli Babayev