Türkiyənin nəqliyyat naziri Azərbaycanı təbrik edib

26 İyun 2024 21:32 (UTC+04:00)

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.

SİA xəbər verir ki, nazirin sosial şəbəkələrdə paylaşımında deyilir: “Azərbaycan xalqının inkişafı və işıqlı gələcəyi naminə öz borcunu yerinə yetirən bütün qəhrəmanları səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələri Gününüz mübarək!”