Yaşar Gülər rumıniyalı həmkarı Angel Tilvar ilə görüşüb

26 İyun 2024 19:39 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər rumıniyalı həmkarı Angel Tilvar ilə görüşüb.
SİA türk saytlarına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Yaşar Gülər ​​həmkarı Angel Tilvar ilə İstanbul Gəmiqayırma zavodunda olub.
Zavoddakı dizayn ofisinə baş çəkən Angel Tilvar burada görülən işlər barədə məlumat alıb.
Yaşar Gülər ​​və Angel Tilvar daha sonra TCG ALEMDAR xilasetmə gəmisinin işlərini yerində izləyiblər.
Qeyd edək ki, nazirləri Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu müşayiət edib.