Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

26 İyun 2024 17:03 (UTC+04:00)

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təşkil edən, əvvəllər məhkum olunmuş Mirsadiq Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, M.Abdullayevdən ümumilikdə 4 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırma aparılır.