Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir

26 İyun 2024 16:28 (UTC+04:00)

Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri tərəfindən davam etdirilir. Nazirlikdən SİA-ya bildirilib ki, hazırda batdığı ehtimal olunan şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən hava şəraitinin əlverişsiz olmasına baxmayaraq fasiləsiz şəkildə həyata keçirilir.