Gədəbəyə dolu yağıb

26 İyun 2024 15:57 (UTC+04:00)

Gədəbəy rayonuna dolu düşüb, meyvə bağlarına və təsərrüfatlara ziyan dəyib. SİA-nın məlumatına görə, rayon ərazisinə diametri 10 millimetrdən çox olan dolu yağıb.

Bir müddət yağan dolu meyvə ağaclarına və təsərrüfatlara ziyan vurub.

Qeyd edək ki, Daşkəsən rayonunda da leysan yağışlar yağıb, bəzi kəndlərə dolu düşüb.

Hazırda Gəncə şəhərində və dağlıq rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunur.