“Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 15 milyard dolları ötüb” - İlham Əliyev

26 İyun 2024 13:23 (UTC+04:00)

“Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 15 milyard dolları ötüb”. SİA-nın məlumatına görə, bu sözləri Bakıda İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir.

O vurğulayıb ki, Avropa məkanında Azərbaycanın ticarət əlaqələrinin böyük hissəsinin İtaliyanın payına düşür.

Dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etdi.