MİQ imtahanlarının keçiriləcəyi tarix bəlli olub

26 İyun 2024 11:17 (UTC+04:00)

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. SİA xəbər verir ki. bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.